9 C
Baku
Friday, December 13, 2024

Bitcoin məzənnəsində kəskin eniş

Bitkoinin qiyməti dünən 711 dollar və ya 18% ucuzlaşaraq 3 206 dollara qədər geriləyib. Sentyabr ayının əvvəlindən etibarən isə ucuzlaşma 35% təşkil edib. Sentyabrın 3-də bitkoin tarixi maksimum qiymətə – 4 996 dollara satılıb.

Qiymətlərin kəskin düşməsinə səbəb kimi dünən Çinin kriptovalyuta birjası – “BTCChina”nın sentyabrın 30-dan etibarən fəaliyyətini dayandıracağı ilə bağlı xəbərlər olub. Birjadan verilən məlumatda bildirilir ki, fəaliyyətinin dayandırılması Çin hökumətinin sentyabrın 4-də verdiyi sərəncamla bağlıdır. Belə ki, Çin hökuməti kriptovalyutaların ilkin emissiyasına (IPO) qadağa qoyacağını açıqlayıb.

Xatırladaq ki, bir neçə gün əvvəl ABŞ-ın nüfuzlu “JPMorgan” bankının baş icraçı direktoru Cemi Dimon (Jamie Dimon) bitkoinin “saxta” maliyyə vasitəsi olduğunu və yaxınlarda bunun ifşa olaraq dağılacağını bildirib. Nəticədə, hər iki xəbər bitkoinin kəskin ucuzlaşmasına gətirib çıxarıb.

“Report”un analitik qrupu bitkoinin qiymətində ucuzlaşmanın 2 000 dollara qədər davam edəcəyini proqnozlaşdırır.

Son xəbərlər
Digər xəbərlər