8 C
Baku
Friday, March 29, 2024

Bitcoin sahiblərinə bütün pullarını itirməyə hazır olmaları xəbərdarlığı verildi

İnvestorlar Bitcoin rəqəmsal valyutasına yatırılmış bütün pullarını itirməyə hazır olmalıdırlar.

Banker.az xəbər verir ki, bunu Qiymətli kağızlar bazarına nəzarət üzrə Avropa idarəsinin rəhbəri Stiven Meydjor kriptovalyutaların məzənnəsinin enməsini şərh edərkən Bloomberg agentliyinə qeyd edib.

Dəyərsizləşməsi ehtimal edilən Bitcoin-in taleyi kimlərdən aslıdır?

«Həddindən artıq dəyişkənlik bitcoinin valyuta qismində istifadə olunmasını mənasız edir, — Meydjor vurğulayıb.

Bloomberg agentliyinin verdiyi məlumata görə, Bitcoin rəqəmsal valyutasının məzənnəsi 16 yanvar tarixində 12 faiz, 12 255 dollara qədər enib. Bu 2017-ci ilin 5 dekabr tarixindən ən aşağı səviyyədir. Daha sonra enmə 20 faizə qədər sürətlənib. Belə ki, CoinDesk məzənnənin enməsini 14 faiz olaraq qiymətləndirib.

 

Son xəbərlər
Digər xəbərlər