10 C
Baku
Thursday, December 12, 2024

Bitcoin son iki ilin maksimumuna çatdıqdan sonra bazar dəyəri $1 trilyonu keçib

Bu gün ABŞ-nin spot bitcoin ETF-lərinin artan uğuru investorların əhval-ruhiyyəsini daha müsbət hala gətirdiyi üçün Bitcoin-in (BTC) bazar kapitalı 1 trilyon dolları ötdü.

Banker.az Coin Metrics-in məlumatlarına istinadən xəbər verir ki, ən populyar kriptovalyuta BTC bu gün daha 6 faiz dəyər qazanaraq $52 269 olub. Bu da 2021-ci ilin dekabrından bu tərəfə maksimum göstəricidir. Hazırda onun bazar dəyəri $1.025 trln.-dur.

Keçən ayın əvvəlində bazar əhval-ruhiyyəsinə təsir edən Grayscale Bitcoin ETF-dən (GBTC) çıxışlar xeyli azaldığından, bu hərəkət qismən ABŞ-də yeni istifadəyə verilmiş spot bitcoin ETF-ləri sayəsində bitcoinə olan tələbatın artması ilə əlaqədardır.

CryptoQuant məlumat provayderinə görə, 11 yanvarda ticarətə başlayandan bəri fondlar vasitəsilə bitcoin bazarına təxminən 9.5 milyard dollar yeni pul daxil olub. Son iki həftə ərzində bitcoin-ə yatırılan yeni pulların 71%-dən çoxu GBTC daxil olmaqla spot ETF-lərdən yaranıb.

Kapitallaşmasına görə ikinci ən iri kripto etherium 24 saat ərzində 6.15% artaraq $2 792 olub.

Bitkoin artımı ilə əlaqədar olaraq bu sahədə fəaliyyətdə olan şirkətlərin səhmləri də yüksəldi. Ticarət platforması “Coinbase” 14%, bitcoin proksisi sayılan “Microstrategy” isə 12% artım nümayiş etdirib. “Miners Iris Energy” və “CleanSpark” müvafiq olaraq 20% və 12%, “Marathon Digital” və “Riot Platform” isə hər biri 14% yüksəldi.

Bitcoin 2023-cü ildə 157% yüksəlib. Bu isə ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasının (SEC) bitcoin mübadiləsi fondlarını və ya ETF-ləri təsdiqləməsi gözləntiləri nəticəsində baş verib.

Son xəbərlər
Digər xəbərlər