3 C
Baku
Saturday, December 14, 2024

Bitcoin tarixi maksimumunu yenilədi

Banker.az CoinDesk-ə istinadən xəbər verir ki, 24 fevral gecəsi bitcoin rəqəmsal valyutasının məzənnəsi 1172 dollara çatıb ki, bu da valyutanın yeni tarixi maksimumu oldu.

24 fevralda səhər saatlarında kriptovalyutanın dəyəri 1198 dollar təşkil edirdi. CoinDesk qeyd edir ki, bitcoinin məzənnəsi treyderlərin müsbət gözləntilərinə uyğun olaraq artır.

Bu gözləntilərə ilk növbədə ABŞ-ın qiymətli kağızlar və birja üzrə komissiyasının (SEC) gələcək qərarı ilə bağlıdır. Bu qərar isə dünyada ilk ETF-bitcoin-fondunun yaradılmasını təsdiq etməkdən ibarətdir.

Bitcoin valyutasının dollara münasibətdə bundan daha əvvəlki rekordu cari ilin yanvar ayının əvvəlində qeydə alınmışdı (1141,05 dollar). Bu zamana qədər isə kriptovalyuta 2013-cü ilin noyabr ayında tarixi rekorda imza atmışdı (1 bitcoin – 1137 dollar).

Son xəbərlər
Digər xəbərlər