“CoinDesk” portalına əsasən, son 24 saatda Bitcoin-in maksimal dəyəri 52 621 dollar təşkil edib. Gün ərzində kriptovalyuta 4.61% bahalaşıb. Qeyd edək ki, 2020-ci il dekabr ayının sonundan bəri Bitcoin-in dəyəri iki dəfədən çox artıb – dekabrın 26-da kriptovalyuta ilk dəfə 25 min dollar səviyyəsini keçib.
Banker.az bu barədə “Forbes.ru”ya istinadən xəbər verir.
2021-ci ilin yanvar ayının sonundan “Tesla” şirkətinin rəhbəri İlon Mask Bitcoin haqqında “tvit” yazaraq, kriptovalyutanın dəyərini 32 min dollardan 37 min dollara qaldırıb. Fevral ayında “Tesla” Bitcoin-ə 1.5 milyard dollar sərmayə qoyduğunu açıqlayıb. Bu xəbərin fonunda kriptovalyuta 44 min dollara çatıb.
Fevralın 16-da Bitcoin tarixdə ilk dəfə 50 min dolları keçib.
Mütəxəssislərin hesablamalarına görə, ümumilikdə fevral ayında bahalaşma 53% təşkil edib, rəqəmsal valyutanın kapitallaşması isə 1 trilyon dollara yaxınlaşıb.
Hal-hazırda Bitcoin-in dəyəri 52 110.53 dollar təşkil edir.