18 C
Baku
Monday, September 29, 2025

“Bitcoin” tarixinin ən uğurlu sərmayəçilərindən biri üzə çıxdı: 12 ildə 44 milyon dollar qazanc

2013-cü ilin noyabrından bəri toxunulmayan təxminən 400 BTC (təxminən 44.4 milyon dollar) sahibi olan naməlum “Bitcoin” pul kisəsinin sahibi, nəhayət, bütün kriptovalyutasını köçürüb. Demək olar ki, 12 il ərzində sikkələrin dəyəri 185 dəfə artıb.

Bu barədə “RBK” məlumat yayıb.

Sentyabrın 29-na keçən gecə “balina” hesabından bütün kriptovalyuta – 44.48 milyon dollar dəyərində 400.08 BTC köçürülüb. Sikkələr digər 27 ünvan arasında paylaşdırılıb.

Sahibi bu “Bitcoin”ləri 2013-cü ilin noyabrında bir sikkə üçün təxminən 599 dollar məzənnəsi ilə əldə edib. O vaxt 400.08 BTC-nin dəyəri 239.8 min dollar təşkil edib.

400 “Bitcoin”in köçürülməsinin arxasında kimin durduğu məlum deyil. Pul kisəsinin balansında heç bir vəsait qalmayıb. “Bitcoin” məzənnəsinin artmasından əldə edilən mənfəət 44.2 milyon dollar təşkil edib.

MənbəOXU.AZ
Son xəbərlər
Digər xəbərlər