10 C
Baku
Wednesday, November 13, 2024

“Bitcoin” ticarəti ilin birinci yarısında 4.2 trln. dolları ötüb

“CoinMarketCap”ın məlumatına görə, ilin birinci yarısında bitkoin ticarətinin həcmi 4.27 trilyon dollar təşkil edib. Bu, 2022-ci ilin eyni dövründə qeydə alınan 5.12 trilyon dollardan xeyli aşağıdır.

Banker.az bu barədə Kommersant-a istinadən xəbər verir.

2022-ci ildə kriptovalyuta bazarı üçün çətin olan dövrdən sonra investorların rəqəmsal pul ticarətinə marağı 2023-cü ilin əvvəlində bərpa olunmağa başlayıb. Bununla belə, mart ayında pik həddə çatdıqdan sonra (təxminən 1.2 trilyon dollar) ən populyar kriptovalyutanın ticarət həcmi nəzərəçarpacaq dərəcədə azalıb. İkinci rübdə ticarətin orta aylıq həcmi 481.8 milyard dollar olub. Müqayisə üçün: keçən il eyni dövr üçün aylıq ticarət həcmi heç vaxt 830 milyard dollardan aşağı düşməyib, 2022-ci ilin mayında isə 1.09 trilyon dollara çatıb.

Ümumiyyətlə, investorların aktivliyi bitkoinin qiymətinin artması ilə əlaqələndirilir. Belə ki, bu ay ticarət həcmi ötən illə müqayisədə 43.5% artıb.

Son xəbərlər
Digər xəbərlər