5 C
Baku
Tuesday, February 11, 2025

“Bitcoin” Trampın kriptovalyuta ehtiyatı yaratmaq planı fonunda 108 min dollara yaxınlaşır

“Bitcoin”in qiyməti Donald Trampın kriptovalyuta ehtiyatı yaratmaq planı fonunda 107 min dolları keçib. “Binance”in məlumatına görə, pik həddə kriptovalyuta 107 780.58 dollara çatıb. Bakı vaxtı ilə saat 13:31-də artım 2.41%-ə qədər yavaşlayıb və 107 238.36 dollar təşkil edib.

“Bitcoin”in rekord artımı ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın neftə bənzər strateji kriptovalyuta ehtiyatı yaratmaq planlarını təsdiqləməsi ilə əlaqədar olub. Həmçinin investorların optimizmini dünyada ən çox “Bitcoin”ə sahib olan “MicroStrategy”nin Nasdaq 100 indeksinə daxil olması gücləndirir.

“CNBC”yə müsahibə verən Tramp söyləyib ki, o, “kriptovalyutalarla əla bir şey etmək” istəyir, çünki Çin də daxil olmaqla, heç kimin bu sahədə hakim olmasını istəmir. Strateji kriptovalyuta ehtiyatı yaratmaq barədə suala Tramp belə cavab verib “Bəli, bu mümkündür”.

Digər ölkələr də strateji kriptovalyuta ehtiyatlarının yaradılması imkanlarını nəzərdən keçirir, “Reuters” qeyd edir. Lakin bunun yaxın zamanda həyata keçirilməsi inandırıcı deyil. Mütəxəssislərin fikrincə, Trampın bu məsələ ilə bağlı hər hansı şərhi bazara təkan verir, lakin “Bitcoin” ehtiyatının yaradılması diqqətli qiymətləndirmə və hazırlıq tələb edir.

Son xəbərlər
Digər xəbərlər