19 C
Baku
Monday, June 16, 2025

Bitcoin və digər kriptovalyutalar İsrail-İran gərginliyi səbəbindən kəskin dəyər itirib

İsrailin İrana hava zərbələri endirməsi fonunda Bitcoin və digər kriptovalyutaların dəyəri kəskin ucuzlaşıb.

Banker.az xəbər verir ki, bu gün səhər saatlarında ən böyük rəqəmsal aktiv olan Bitcoin 3%-ə qədər ucuzlaşaraq 103 000 dollar səviyyəsindən aşağı düşüb, sonra isə itkilərin bir hissəsini bərpa edib. İkinci ən iri token Etherium isə bir vaxtlar 7.6%-ə qədər dəyər itirib.

Satış dalğası Tehranda partlayış səslərinin eşidilməsindən sonra başlayıb. İsrailin müdafiə naziri İsrael Katz, İrana qarşı “önləyici zərbə” endirildiyini və bu səbəbdən fövqəladə vəziyyət elan etdiyini bildirib. O, həmçinin İrandan dron və raketlərlə cavab hücumu gözlədiklərini deyib.

“Kriptovalyutalar, digər riskli aktivlər kimi, İsrailin İrana hücumu xəbərinə mənfi reaksiya verir. Texniki baxımdan $101 000 səviyyəsində dəstək gözləyirik, lakin qiymətlərə qısamüddətli dövrdə əsasən geosiyasi xəbərlər təsir edəcək” – deyə, “Orbit Markets” şirkətinin həmtəsisçisi Karolin Moron bildirib.

Zərbələrin ardından fond bazarlarında və fyuçers indekslərində düşüş qeydə alınıb, investorlar isə ABŞ xəzinə kağızları kimi təhlükəsiz aktivlərə yönəlib. Neftin qiyməti 9%-dən çox artıb, qızıl da bahalaşıb.

“FalconX” şirkətinin Asiya-Sakit Okean regionu üzrə törəmə əməliyyatlar rəhbəri Şon MakNalty bildirib ki, bu hadisə Bitcoinin bəzən “makro risklərə qarşı qoruyucu vasitə” kimi qəbul edilsə də, belə hərbi qarşıdurma anlarında likvidliyin prioritetə çevrildiyini göstərir: “Traderlər nağd pula keçir, dollara yönəlir və riskli mövqelərini azaldırlar.”

“Coinglass” platformasının məlumatına görə, son 24 saat ərzində 1 milyard dollardan çox kripto aktiv uzun mövqedə ləğv olunub.

IG şirkətindən analitik Toni Syikamore qeyd edib ki, “həftəsonu ərəfəsində risk əhval-ruhiyyəsində daha da pisləşmə gözlənilir.”

Son xəbərlər
Digər xəbərlər