Bitcoin və Ethereum 5%-ə qədər ucuzlaşıb

Kapitallaşmaya görə ən böyük iki kriptovalyutanın — Bitcoin və Ethereum-un (ETH) qiyməti 5%-ə qədər azalıb. Bunu “Binance” kriptobirjasının məlumatları göstərir.

Bakı vaxtı ilə 08:57-yə olan məlumata görə, Bitcoinin məzənnəsi 4,46% azalaraq 70,85 min dollara, Ethereum isə 5,67% enərək 2,195 min dollara düşüb.

“CoinMarketCap” portalının məlumatına əsasən, kriptovalyuta bazarının ümumi kapitallaşması 2,43 trilyon dollara çatır. Bunun 1,418 trilyon dolları və ya 58,2%-i Bitcoinin, 264,881 milyard dolları və ya 10,9%-i isə Ethereum-un payına düşür.

“Coinglass” platformasının məlumatına görə, son 24 saat ərzində qlobal kriptobirjalarda 137 mindən çox treyderin mövqeləri ümumilikdə 456 milyon dollardan çox məbləğdə likvidasiya olunub. Likvidasiyaların ən böyük hissəsi Bitcoin üzrə qeydə alınıb — 154,73 milyon dollar. Bununla yanaşı, təxminən 382,7 milyon dollar uzun (long) mövqelərin, 74,12 milyon dollar isə qısa (short) mövqelərin payına düşüb. Son sutka ərzində ən böyük likvidasiya əmri Aster kriptobirjasında ETHUSDT ticarət cütlüyü üzrə 17,97 milyon dollar məbləğində qeydə alınıb.

Son xəbərlər
Digər xəbərlər