24 C
Baku
Monday, September 30, 2024

Bitcoin valyutası iki versiyaya bölündü

Bitcoin kriptovalyutasının yaradıcıları yeni iş protokolunu işə salıblar ki, bunun da sayəsində şəbəkənin iş keyfiyyəti və əməliyyatların sürəti yüksələcək.

 

Banker.az Reuters agentliyinə istinadən xəbər verir ki, yeni protokol Bitcoin Cash adlanır. Maynerlərin əksəriyyəti yeni protokola keçməkdən imtina edib və SegWit adlanan köhnə versiya ilə işləməyə davam edirlər.

Dəyişikliyin qəbul edilməsindən sonra Bitcoin iki – köhnə və yeni versiyaya bölündü. Agentlik qeyd edir ki, 1 avqust tarixində bəzi nəhəng birjalar müştərilərə Bitcoin satışını qadağan etdi.

İki versiyaya ayrılma fonunda Bitcoin valyutasının məzənnəsi avqustda 2900 dollara çatdı, lakin bir neçə saatdan sonra 2680 dollara endi.

Son xəbərlər
Digər xəbərlər