10 C
Baku
Wednesday, November 13, 2024

Bitcoin valyutasının qiyməti $4000-dan da aşağı enib

Keçən həftə öz tarixi maksimumunu yeniləyən Bitcoin rəqəmsal valyutasının qiyməti dəyişikliyə məruz qalıb və 4000 dollar səviyyəsindən aşağı enib.

Banker.az xəbər verir ki, Coinmarketcap məlumatlarına əsasən, 22 avqust tarixində Bitcoin valyutası 1 qəpiyə görə 3925 dollar məzənnəsi ilə birjada iştirak edib.

 

Bitcoin məzənnəsinin sürətlə artmasından sonra onun enəcəyini hətta nəhəng KİV-də proqnoz etmişdi. Lakin onlar məzənnənin 4000 dollardan aşağı enəcəyini gözləmirdilər.

İndi isə treyderlər rəqəmsal valyutanın məzənnəsinin qısa müddətlik 3400 dollara qədər olan səviyyədə qalacağını proqnoz edir. Bəzi istifadəçilər məhz bu anı gözləyir. Belə ki, onlar bunu yeni artımdan əvvəl nisbətən ucuzlaşmış qiymətə kriptovalyuta almaq şansı kimi dəyərləndirir.  

Bununla belə, kriptovalyuta bazarında altkoinlərin artımı müşahidə edilib, lakin bu artım cəmi bir neçə gün yaşayıb.

Son xəbərlər
Digər xəbərlər