Banker.az saytının verdiyi məlumata görə, Yaponiyada qəbul edilən yeni qanun bitcoin rəqəmsal valyutasından qanuni ödəniş vasitəsi kimi istifadə etməyə imkan verir. Lakin, kriptovalyutadan istifadə etmək niyyətində olan şirkətlər bir sıra tələblərə cavab verməlidirlər:
— 100 min dollardan az olmayaraq ehtiyat valyutasına sahib olmalı,
— mütəmadi olaraq dövlət qarşısında hesabat verməli,
— mütəmadi olaraq vergi xidmətində daxili auditdən keçməlidir.
Həmçinin, şirkətlər bitcoindən istifadə etmək haqqında lisenziya əldə etmək üçün 300 min dollar həcmində bir dəfəlik ödəniş etməlidir, hətta son nəticədə bu lisenziyanı ala bilməsələr belə. Bütün bu yüksək tələblərdən təxmin etmək heç də çətin deyil ki, kiçik yapon şirkətləri kriptovalyutadan istifadə üçün lisenziya əldə etməyə namizədliklərini irəli sürə bilməyəcəklər.
Bu cür sərt tələblər bitcoinin iştirakı ilə fırıldaqçılıq sxemləri fonunda istifadəçilərin hüquqlarının qorunması mütləqliyi ilə izah edilir.