Bitcoin ödəmə sisteminin yaradıcısı Satosi Nakamoto – heç də kriptolibertariatların yaratdığı bir obraz deyil, canlı insandır. Onun şəxsiyyətini isə Newsweek-in jurnalisti Leya Gudman aşkar etmişdir.
O ABŞ-da açıq imzalardan bu adlı şəxsləri axtarırdı. ABŞ-da Satosi Nakamoto adlı cəmi üç insan qeydiyyatdan keçib. Onlardan biri 2008-ci ildə dünyasını dəyişmiş, digəri isə 90-cı illərdə Yaponiyaya köçmüşdür. Üçüncü şəxs isə 80-ci illərdə öz Satosi adını Dorian olaraq dəyişdirmişdir.
Newsweek-in fikrincə məşhur rəqəmsal valyutanın yaradıcısı məhz odur. Nakamoto-nun özü jurnalist xanım ilə görüşməkdən imtina etmiş və jurnalist onun evinə getdikdə polis çağırmışdır.
Lakin onun qardaşı, uşaqları, keçmiş həyat yoldaşı və keçmiş iş yoldaşları ilə aparılan çoxsaylı müsahibələrə əsasən o bitcoin yaradıcısına tam uyğun gəlir.
2008-ci ildə Satosi (Dorian) Nakamoto ödəniş sistemlərinin əsas prinsiplərini təsvir etdiyi elmi işi nəşr etmiş və manifestin həyata keçirilməsi proqramı üzərində işləməyə başlamışdır.
2010-cu ildə Nakamoto özü tərəfindən yaradılmış layihə üzərində işdən uzaqlaşır. Çünki o insult keçirir, prostat xərçənginə məruz qalır və hazırda öz sağlamlığının qeydinə qalmalıdır.
Gudman-ın hesablamalarına görə, Nakamoto 1,5 milyon BTC-ə sahibdir və bu məbləğin bir bitcoin-ni belə xərcləməyib.