9 C
Baku
Friday, November 15, 2024

Bitcoin yeni ehtiyat valyutası ola bilər

Hazırda mərkəzi bankların investisiya aktivi qismində istifadə etdikləri 5 ehtiyat valyutasına dollar, avro, funt, yen və isveçrə frankı daxildir.

Çinin pul vahidi olan yuan artıq uzun müddətdir ki, bu siyahıya daxil olmağa çalışır. Belə ki, yuan artıq dünyada ən çox istifadə edilən valyutaların ilk 5-liyinə daxildir.

Lakin, Bitcoin yaradıcıları virtual valyutanın da müxtəlif ölkələrin mərkəzi banklarında valyuta ehtiyatlarını saxlamaq üçün əsas vəsait ola biləcəyini iddia edirlər.

Bir Bitcoin-in dəyərinin 300 dollara çatması bu proqnozları kifayət qədər inandırıcı edir.

Coinbase şirkətinin icraçı direktorunun fikrincə, gələcək 10-15 il ərzində Bitcoin nəinki ehtiyat valyutası olacaq, həmçinin ABŞ-da dolların yerini də tutacaq.

Son xəbərlər
Digər xəbərlər