13 C
Baku
Tuesday, November 19, 2024

Bitcoin yenidən $92 minədək bahalaşdı – Gözlər Trampın növbəti hərəkətlərinə yönəlib

ABŞ-də yeni prezident seçilmiş Donald Trampın gələcək administrasiyasının kriptovalyuta qaydalarını yumşaldacağına dair investor ümidləri fonunda Bitcoin bazar ertəsi günü yenidən yüksəlib.

Banker.az xəbər verir ki, əsas kriptovalyuta 2.5% artaraq erkən ticarətdə 91 834 dollara çatıb.

Trampın 5 noyabrda qələbəsi xəbəri arından BTC təxminən 20% artım deməkdir.

Donald Trampın Səhiyyə və İnsan Xidmətləri Nazirliyinə namizədi Robert F. Kennedi Jr., şənbə günü X sosial şəbəkəsində Bitcoin-i “azadlıq valyutası” adlandıraraq yeni administrasiyanın rəqəmsal aktivlərə dəstəyini vurğuladı.

Kennedi əlavə etdi ki, Kantor Fitzqerald bu tokenin güclü “tərəfdarı” olacaq.  Keçən həftə “Wall Street Journal”ın verdiyi məlumata görə, Kantor Fitzqerald Tramp  maliyyə naziri təyin ediləcək. O, “Howard Lutnick”in kemiş direktorudur.

Digər kriptovalyutalar da bazar ertəsi yüksəlişdə idi. Ethereum 2% artaraq 3 124 dollara, Solana isə 4.1% artaraq 253 dollara çatdı. Dogecoin — əvvəllər Tramp müttəfiqi Elon Mask tərəfindən tövsiyə edilən, “meme token” kimi tanınan valyuta — 5,7% artaraq təxminən 38 sentə yaxınlaşıb.

Son xəbərlər
Digər xəbərlər