27 C
Baku
Saturday, July 27, 2024

“Bitcoin”in 200 min dollara çata biləcəyi proqnozlaşdırılır

2021-ci ilin əvvəlindən bəri “Bitcoin” artıq iki dəfə bahalaşıb və rekord 57 min dollara çatıb.

Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir.

Lakin mütəxəssislərin sözlərinə görə, bu hələ son deyil və yaxın gələcəkdə kriptovalyuta 100-200 min dollar səviyyəsini aşa bilər.

Son bir həftə ərzində “Bitcoin”in qiyməti 10 min dollar artıb, kapitallaşması isə 1 trilyon dolları keçib. Bu, ilk növbədə, böyük institusional investorların marağının artması ilə əlaqələndirilir.

Belə ki, son bir ayda elektrikli avtomobil istehsalçısı olan “Tesla” “Bitcoin”ə 1.5 milyard dollar, “MicroStrategy” şirkəti isə 1 milyard dollar sərmayə qoyub. Ekspertlər “likvidlik və investisiya defisiti” şəraitində ən populyar kriptovalyutanın100-200 min dollara qədər qalxa biləcəyini söyləyirlər. Eyni zamanda,  bir müddətdən sonra kotirovkaların 10 dəfə düşdüyü 2011, 2014-2015 və 2018-ci illərdəki kimi məzənnə yenidən əvvəlki vəziyyətinə dönəcək.

“Bitcoin”in qiymətində ciddi artım olduğundan, bir neçə ay əvvəl ilə müqayisədə indi kriptovalyutaya sərmayə qoymaq daha sərfəli görünə bilər. Mütəxəssislərin fikrincə, S&P 500 indeksindən olan digər şirkətlər də kriptovalyutaya yatırım edə bilərlər, sadəcə onlar bunu açıqlamırlar.

Buna baxmayaraq, bir çox investor qiymətlərin gün ərzində 15-20% qalxa və ya enə biləcəyinə hazır deyil.

Xatırladaq ki, fevralın 20-də “Bitcoin”in qiyməti yeni rekord qıraraq 57 min dollara çatıb. Fevralın 21-i Bakı vaxtı ilə saat 17:47-də “Bitcoin”in dəyəri 57 165 dollar təşkil edib.

Son xəbərlər
Digər xəbərlər