“CoinDesk” xidmətindən alınan məlumata görə, “Bitcoin”in dəyəri 10.22% azalıb və 49 098 dollara düşüb.
Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.
Qeyd edək ki, martın 8-dən bəri ilk dəfədir kriptovalyuta 50 min dollardan aşağı səviyyəyə düşür.
Daha əvvəl “Bitcoin” 18 apreldə 10%-dən çox ucuzlaşıb, 14 apreldə isə 64 min dollara çatıb.