10 C
Baku
Thursday, November 14, 2024

“Bitcoin”in məzənnəsi 2021-ci ildən bəri ilk dəfə 51 min dolları keçib

Fevralın 14-də Bakı vaxtı ilə saat 13:15-də “Bitcoin” (BTC) məzənnəsi “Binance” birjasında 51 min dolları ötüb. Sonuncu dəfə BTC bu səviyyədə 2021-ci ilin sonunda ticarət olunub. Dünyanın ən populyar kriptovalyutasının kapitallaşması 2021-ci ilin dekabrından bəri ilk dəfə olaraq 1 trilyon dolları keçib.

“Bitcoin”in qiymətinin kəskin artması iri kriptovalyuta birjalarında treyderlərin qısa mövqelərinin ləğvi kaskadını doğurub. “Coinglass” xidmətinin məlumatına görə, cəmi bir saat ərzində “Bitcoin”də məcburi bağlanan “şortların” ümumi məbləği 33 milyon dolları keçib.

Kapitallaşmaya görə ikinci kriptovalyuta “Ethereum” (ETH) də böyüyüb – məzənnəsi 2700 dolları keçib və 2024-cü il üçün maksimumunu yeniləyib.

Bitcoin

Son xəbərlər
Digər xəbərlər