Ticarətin açılışında “Bitcoin” 11% azalaraq 25 392 min dollar olub. Bakı vaxtı ilə saat 2:21-ə olan məlumata görə, valyuta 8.97% ucuzlaşaraq 26 319-a düşüb, Banker.az bu barədə Kommersant-a istinadən xəbər verir.
“AltIndex” tədqiqatçılarının hesablamalarına görə, ilin əvvəlindən beş ay ərzində bazara 1023 yeni kriptovalyuta növü daxil olub, onların ümumi sayı 9708 təşkil edir. Rusiyada ilin birinci yarısında kriptovalyutalarda ödənişi qəbul edən xidmətlərin sayı iki dəfə artıb.