“Bitcoin”in qiyməti təxminən 1.5 ildə ilk dəfə 34 000 dolları ötüb. Qeyd edək ki, kriptovalyuta sonuncu dəfə bu səviyyədə 2022-ci il mayın 8-də olub.
“CoinMarketCap”ın məlumatına görə, “Bitcoin”in qiyməti Bakı vaxtı ilə saat 2:45-də 34.03 min dollara çatıb. Saat 4:18-ə olan məlumata görə, kriptovalyuta 33.2 min dollar səviyyəsinə gəlib ki, bu da təxminən 1.5 il əvvəlkindən yüksəkdir. Gündəlik artım 11%-dən çox olub.
“Bitcoin” avqust ayından bəri ilk dəfə bu həftənin əvvəlində 30 000 dolları ötüb. Buna bir sıra amillər kömək edib: ABŞ-da “Bitcoin ETF”nin təsdiqlənməsi ilə bağlı uydurma xəbərlər, SEC-in “Ripple”ı məhkəməyə verməkdən imtina etməsi və dünyadakı geosiyasi vəziyyət.