“Binance” kriptovalyuta birjasında ticarət zamanı “Bitcoin”in qiyməti 104.9 min dollara yüksəlib. Mayın 12-də Bakı vaxtı ilə saat 8:25-ə olan məlumata görə, “Bitcoin” 1.06% bahalaşaraq 104.3 dollar olub.
Xatırladaq ki, ötən həftə “Bitcoin”in məzənnəsi 105 min dollara yaxınlaşıb. ABŞ Federal Ehtiyat Sisteminin (FED) yumşaq ritorikası, eləcə də ABŞ-Böyük Britaniya ticarət razılaşması fonunda rəqəmsal valyuta məzənnəsi bir həftə ərzində 9%-dən çox bahalaşıb. Eyni zamanda, digər ən böyük kriptovalyutaların kapitallaşması 8-36% artıb. Ən böyük artımı “Ethereum” nümayiş etdirib.