28 C
Baku
Saturday, August 16, 2025

“Bitcoin”in qiyməti 124 min dolları keçib

“Bitcoin”in qiyməti tarixi maksimumunu yeniləyərək 124.2 min dollar həddini keçib. “Binance” ticarət platformasının məlumatına görə, daha əvvəl kriptovalyuta 2.86% artım göstərərək 123.5 min dollar dəyərinə çatıb.

Xatırladaq ki, sonuncu dəfə may ayında “Bitcoin” 110 min dollara yüksələrək tarixi rekorda imza atıb.

Mütəxəssislərin fikrincə, ABŞ-də vergilərin azaldılması və dolların zəifləməsi fonunda “Bitcoin” məzənnəsi 130 min dolları keçə və hətta ilin sonuna qədər 150 min dollar səviyyəsinə çata bilər.

Son xəbərlər
Digər xəbərlər