13 C
Baku
Sunday, November 24, 2024

“Bitcoin”in qiyməti 2021-ci ilin noyabrından bəri ilk dəfə 65 min dolları ötüb

Ticarət zamanı “Bitcoin”in məzənnəsi son iki ilin maksimumuna çataraq 65 min dollar həddini keçib. Kriptovalyutanın əvvəlki maksimumu 2021-ci ilin noyabrında qeydə alınıb – 68.9 min dollar.

Son 24 saat ərzində “Bitcoin” məzənnəsi 5.26% artıb. Bakı vaxtı ilə saat 12:30-da məzənnə 65 min dolları keçsə də, Bakı vaxtı ilə saat 12:36-da 64.9 min dollara düşüb. Saat 12:40-a qədər bitkoin 65.2 min dollara çatıb.

Kriptovalyutanın məzənnəsi ABŞ Qiymətli Kağızlar və Birja Komissiyası tərəfindən yanvar ayında qəbul edilmiş tənzimləyici relaksasiya fonunda artır: o, bitkoin üçün ölkənin ilk birja fondlarını (ETF) təsdiqləyib. İlin əvvəlindən “Bitcoin” ən azı 40% dəyər qazanıb.

Son xəbərlər
Digər xəbərlər