“Bitcoin”in qiyməti 7 aprel 2025-ci ildən bəri ilk dəfə 75 min ABŞ dollarından aşağı enib. Bunu “Binance” platformasının məlumatları göstərir.
Bakı vaxtı ilə saat 07:30-a olan məlumata görə, “Bitcoin”in dəyəri 74 859,9 dollar təşkil edib (−4,89%).
Saat 07:35-ə olan məlumata əsasən, “Bitcoin”də ucuzlaşma tempi zəifləyib və o, 74 865 dollar səviyyəsində ticarət olunub (−4,88%).






