1 C
Baku
Saturday, December 14, 2024

“Bitcoin”in qiyməti 30 min dollardan aşağı düşüb

“Bitcoin”in qiyməti yanvarın 4-dən bəri ilk dəfə 30 min dollardan aşağı düşüb. “Binance” birjasında Bakı vaxtı ilə saat 5:30-da kriptovalyutanın dəyəri 29.3 min dollar təşkil edib.

Banker.az bu barədə xarici KİV-ı istinadən xəbər verir.

İyirmi kriptovalyuta platformasından məlumat toplayan “CoinDesk” bu vaxt BTC-ni 29.39 min dollar olaraq qiymətləndirib. Qeyd edək ki, bu, yanvar ayının əvvəlindəki kəskin artımdan sonra minimum göstəricidir.

Son 24 saatda ən yüksək qiymət 35.1 min dollar, ən aşağı qiymət isə 28.8 min dollar təşkil edib.

Xatırladaq ki, BTC kriptovalyutasının maksimal qiyməti 41 min dollar olub və 6 yanvar tarixində qeydə alınıb.

Amsterdam Fond Birjasının analitiki Mixael van de Poppe hesab edir ki, bundan sonra azalma davam edəcək: yaxın bir neçə həftədə “bitcoin”in qiyməti 30-40% azalaraq 24-26 min dollar səviyyəsinə düşə bilər.

Digər ekspertlər BTC-nin 20 min dollardan aşağı düşəcəyini istisna etmirlər. “Merrill Lynch” bankının aparıcı mütəxəssisi Devod Rozenberq bu kriptovalyutanı bazardakı “ən böyük köpük” adlandırır.

Son xəbərlər
Digər xəbərlər