9 C
Baku
Friday, December 13, 2024

“Bitcoin”in qiyməti 40 min dolları ötüb

“Bitcoin”in qiyməti 40 min dolları ötüb. Qeyd edək ki, kriptovalyuta 25 aprel 2022-ci ildən bəri ilk dəfə bu səviyyədə ticarət edir.

Ən böyük birjalarda qiymətləri izləyən “CoinMarketCap” xidmətinin məlumatına görə, Bakı vaxtı ilə saat 4:15-də “Bitcoin”in qiyməti 40.1 min dollara yüksəlib. Gündəlik artım təxminən 2%, yeddi gün ərzində – 7%, ay ərzində – 15% təşkil edib.

Kriptovalyutanın son yüksəlişi ABŞ-da inflyasiyanın artımının yavaşlaması və FED-in uçot faiz dərəcəsinin mümkün azalması ilə əlaqədar investorların nikbinliyi ilə bağlıdır. Müsbət dinamika sənaye tənzimlənməsində qarşıdan gələn dəyişikliklərlə də dəstəklənir.

Son xəbərlər
Digər xəbərlər