“Bitcoin”in qiyməti ABŞ seçkiləri fonunda 74.5 min dolları keçərək tarixi maksimumu yeniləyib. Pik həddə “Bitcoin”in qiyməti 74 977.44 dollar olub. “Coindesk” məlumatlarına görə, saat 8:14-də kriptovalyuta 8.85% bahalaşaraq 74.2 dollar səviyyəsində sabitlənib.
ABŞ-də prezident seçkiləri fonunda “Bitcoin” bahalaşıb. Səsvermə dünən, noyabrın 5-də başlayıb və hazırda davam edir. “The New York Times” qeyd edir ki, keçmiş respublikaçı prezident Donald Trampın qələbə qazanmaq şansı 88% təşkil edir.