25 C
Baku
Monday, April 29, 2024

“Bitcoin”nin ardından “Dash” kriptovalyutası da tarixi maksimumunu yeniləyib

Banker.az xəbər verir ki, Dash kriptovalyutasının qiyməti 30 noyabrda (GMT+4 09:50) ilk dəfə olaraq 700 dollar səddini keçib. Coinmarketcap məlumatına görə, sözügedən rəqəmsal valyutanın məzənnəsi 752,18 dollar təşkil edib.

Son 24 il ərzində kriptovalyutanın dəyəri 20%-dən çox artıb. Ümumilikdə, son həftə ərzində bu göstərici 35% dəfə yüksəlib.

Bu Dash kirptovalyutasının bu ay ərzində qiymətlə bağlı ilk nailiyyəti deyil. Belə ki, 12 noyabrda Dash valyutasınnı qiyməti 450 dollardan, 22 noyabrda isə 570 dollardan yüksəyə qalxdı.

Material hazırlanarkən kriptovalyutanın bazar kapitalizasiyası 5,8 milyard dollar olaraq qiymətləndirilirdi ki, bu da ona Bitcoin Gold və Litecoin valyutalarını geridə qoyaraq Coinmarketcap reytinqində beşinci pilləyə yüksəlməsinə səbəb olub.

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər