Banker.az xəbər verir ki, Honq Kongun kriptovalyuta birjası Bitfinex ABŞ-dan olan müştərilərə xidmət etməyi dayandırır. Amerikalı fiziki şəxslərə xidmət göstərilməsi 90 gündən sonra dayandırılacaq.
Birjadan verilən məlumatda qeyd edilir ki, ABŞ vətəndaşları üçün bank qərarları vermək çox çətindir. Bununla belə, onlardan gəlir üçün “həddindən artıq az faiz” əldə edilir. Bitfinex öz növbəsində, hüquqi məsələlər də daxil olmaqla bu müştərilərə xidmət etmək üçün çox vəsait sərf edir,
Həmçinin, şirkətin fikrincə, Birfinex Honq Kongda yerləşir və bu səbəbdən də amerikalı istifadəçilər üçün çox da uyğun gəlmir və həmin müştərilərin ABŞ-da yerləşən birjalardan istifadə etməsi daha məqsədəuyğun olardı.