Cənubi Koreyanın kriptovalyuta platforması “Bithumb” səhvən müştərilərin hesabına 620 min bitkoin köçürüb, lakin vəsaitlərin demək olar ki, hamısını geri qaytara bilib. Bu barədə “Yonhap News Agency” məlumat yayıb.
Fevralın 6-sı axşam keçirilən promoaksiya zamanı 249 istifadəçi orta hesabla hər biri 2,49 min bitkoin alıb. Bu məbləğ bir nəfər üçün təxminən 244 milyard von və ya 166 milyon dollara bərabərdir.
Səbəb kimi insan faktoru göstərilib. Şirkətdən bildirilib ki, “Bithumb əməkdaşı ödəniş vahidi kimi Koreya vonu əvəzinə səhvən BTC qeyd edib”.
Səhv aşkar edildikdən sonra birja vəsaitlərin çıxarılmasını dayandırıb. Ümumilikdə 618 212 bitkoin geri qaytarılıb. Həmçinin istifadəçilərin satmağa macal tapdığı 1 788 bitkoinin 93%-i də geri alınıb. Hazırda 125 bitkoin — cari məzənnə ilə təxminən 7,5 milyon dollar — hələ də qaytarılmayıb.






