10 C
Baku
Friday, December 27, 2024

Bitki tərkibli spred yağ məhsulları “kərə yağı” adı altında satışa çıxarılıb

Tədbirlər çərçivəsində Agentliyin əməkdaşları tərəfindən Masallı Rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə rayonun Qızılağac kəndi ərazisində faəliyyət göstərən fiziki şəxs Sadıqov Zahid Qiyas oğluna məxsus yağ istehsalı müəssisəsində plandankənar yoxlama keçirilib.

Banker.az bu barədə AQTA-ya istinadən xəbər verir.

Yoxlama zamanı müəssisənin qüvvədə olan normativ hüquqi aktların tələblərinə uyğun olmadan fəaliyyət göstərdiyi, müəssisədə istehsal olunan bitki tərkibli spred yağ məhsullarının xüsusi formaya salınaraq Bakı və ətraf rayonların satış məntəqələrində “kərə yağı” adı altında satışının həyata keçirildiyi, kustar üsullarla antisanitar şəraitdə istehsal olunmuş məhsulların üzərində etiketlənmə aparılmadığı, sanitariya-gigiyena qaydalarına əməl olunmadığı, qida məhsullarının daşınmasına dair tələblərin pozulduğu, işçi üçün sanitar-məişət avadanlıqları ilə təchiz edilmiş soyunub-geyinmə sahəsinin təşkil olunmadığı, xüsusi iş geyimi ilə təmin edilmədiyi və dövri tibbi müayinədən keçmədiyi məlum olub. Müayinələrin aparılması üçün məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Aşkar olunan nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb, müəssisənin istehsal fəaliyyəti məhdudlaşdırılıb.

AQTA əhalinin sağlam qida ilə təmin edilməsi sahəsində mütəmadi olaraq müvafiq tədbirlər həyata keçirir.

16862124971 jpeg 16862124983 jpeg 16862124984 jpeg 16862124985 jpeg

Son xəbərlər
Digər xəbərlər