13 C
Baku
Saturday, April 27, 2024

Bitkilərin sığortası üçün müraciətlərin tarixləri açıqlanıb

Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi vasitəsilə kənd təsərrüfatı bitkilərinin və heyvanlarının sığortası başlanılıb. 

Banker.az bu barədə quruma istinadən xəbər verir.

Xatırladaq ki, aqrar sığorta vasitəsilə 14 növ bitkini və məhsullarını sığorta etmək mümkündür. Bunlar buğda, arpa, qarğıdalı, çəltik, kartof, şəkər çuğunduru, üzüm, limon, narıngi, portağal, çay, fındıq, pambıq və tütündür. 

Aqrar Sığorta Fondu (ASF) kənd təsərrüfatı bitkilərinin sığortası üçün müraciətlərin tarixlərini açıqlayıb. 

Fondun məlumatına görə, fermerlər və əkin sahələrinin sahibləri 2021-ci ildə bitkilərin sığortalanması üçün müraciətlərə başlaya bilərlər. 

Fond tərəfindən ayrı-ayrı bitki məhsulları üzrə fenoloji müddətləri nəzərə alınmaqla sığorta müraciətlərinin başa çatma tarixləri də müəyyən edilib. 

Kartof bitkisinin və kənd təsərrüfatı heyvanlarının sığortası üçün isə ilin istənilən vaxtında müraciət etmək olar. 

Kənd təsərrüfatı bitkilərinin sığorta tariflərinə buradan baxmaq olar. 

 

Məhsullar Müraciət üçün son tarix
Şəkər çuğunduru  05.03.2021
Üzüm 15.03.2021
Çay  30.03.2021
Limon  10.04.2021
Narıngi 10.04.2021
Portağal  10.04.2021
Yazlıq taxıl 15.04.2021
Pambıq 20.04.2021
Tütün 30.04.2021
Çəltik 05.05.2021
Fındıq 10.05.2021
Qarğıdalı 07.06.2021
Payızlıq taxıl 01.11.2021
Kartof İl boyu
K/t heyvanları İl boyu

 

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər