Bitkoinin qiyməti 11.20% bahalaşaraq 38.8 min dollara çatıb. Bu barədə “Coindesk” platformasının məlumatında deyilir.
Banker.az xəbər verir ki, qeydin dərc edildiyi vaxt bitkoin 38 926 dollar (+11.43%) olub.
Xatırladaq ki, fevralın 24-ü bitkoin məzənnəsi kəskin şəkildə düşüb və aylıq minimuma çatıb.