13 C
Baku
Saturday, November 23, 2024

Bitkoin 24 saata $10 000-dən çox, digərləri isə kəskin ucuzlaşır: Bunlar niyə baş verir?

BANKER.AZ—Həftənin son şənbə gününə dünyanın ən populyar kriptovalyutasının qiyməti 43 min dollara qədər eniş etdi.

Rəqəmsal platformaların göstəricilərinə görə, Bitkoin sonuncu dəfə $46 927 səviyyəsində ticarət olunmaqdadır.

Təkcə son 24 saat ərzində Bitkoin $10 000, yaxud 17% eniş etmişdir. Belə ki, həftənin cümə gününə bitkoinin qiyməti $57 0000 ilə start götürdüyü halda, şənbə günündə artıq $47 000 olub.

Bazar dəyərinə görə ikinci ən böyük rəqəmə sahib olan Ethereum isə $3 500-ə yaxın eniş edib, bu da 16% ucuzlaşma deməkdir.

34242343

Bir çox investorların qeyri-müəyyən təşvişi ilə təhlükəsiz aktivlərə daha çox istiqamətlənib, bu da ABŞ-ın 10 illik dövlət istiqrazlarını önə verir ki, nəticədə birjalarda enişlər başlayıb. Bu həmçinin kriptovalyuta bazarına da mühüm təsir etdi.

Banker.az-a açıqlama verən Azərbaycanda mənzillənən kriptovalyuta üzrə ekspert Elnur Quliyev bildirir ki, 3 dekabr tarixində gecə saatlarında iri bitkoin satışları – əsasən “qara bazarda” baş verib.

“Bu da avtomatik olaraq bitkoinin qiymətinin enməsinə səbəb oldu. Kriptovalyuta bazarı bu xəbərə adekvat cavab verdi və altkoinlərin qiyməti 15-25% dəyər itirdi”.

Yerli kriptovalyuta üzrə ekspert Nizami Alişan-Qorçubəy kriptovalyutaların ucuzlaşmasında əsas səbəb kimi “lokomotiv” sayılan bitkoinin ucuzlaşmasını göstərir.

“Kriptobirjada əsas lokomotiv bitkoindir. İkinci kriptobirjaya təsir edən amil bitkoinin dominantlığıdır.

Bitkoin ucuzlaşarsa və dominantlıq yerində qalır və ya artarsa bu zaman üstdə olan digər kriptolar (altcoin) ciddi zərbə görür”.

Nizami Alişan-Qorçubəy Banker.az-ın “hazırkı ucuzlaşmanın ardından kriptovalyuta bazarı yenidən cari ilin sentyabrdakı kimi canlana bilərmi” sualına cavab olaraq bildirir ki, indiki durum üçün texniki olaraq proqnoz vermək düzgün deyil.

“Texniki analitikada mənim üçün ssenari yaranmalıdır, noyabr ayının əvvəlindən bitkoin 64-66 min dollar qiymətində ticarət olunandan mən bu noyabr ayının sonlarını 40-50 min koridoruna enəcəyini proqnozlaşdırmışdım.

Kriptovalyuta eksperti N.Alişan-Qorçubəy düşünür ki, qısa zamanda toparlanması çətin olacaq.

“Amma yenə də kriptobirja 7/24 çalışdığı üçün burada ssenarilər çox qısa zamanda dəyişə bilir.

Məsləhət kimi zatən Noyabr ayından dediyim kimi, birjadan uzaq durmanız , ziyanınıza olmaz, əksinə xeyrinizə olar”.

Elnur Quliyev həmçinin onu da əlavə edir ki, hazırkı enişlər “konkret spekulyativ xarakter daşıyır”. Ekspertin fikrincə bir çox investorlara alış üçün əla fürsət oldu.

Son xəbərlər
Digər xəbərlər