Bitkoinin məzənnəsi 5% artaraq yerli maksimuma – 31.3 min dollara çatıb. Kriptovalyutanın dəyəri iyunun 6-sına keçən gecə aktiv şəkildə artmağa başlayıb. Mayın 10-undan etibarən rəqəmsal valyuta 28.000 dollardan 32.000 dollara qədər dar diapazonda ticarətini davam etdirir.
Banker.az bu barədə “RBC”ya istinadən xəbər verir.
“CoinGecko”ya görə, bitkoinin bazar kapitallaşması gündəlik ticarət həcmi 19,5 milyard dollar olmaqla 596 milyard dollara çatıb. Bazarda kriptovalyutanın payı 44,6% təşkil edir.
Qeyd edək ki, altkoinlər də son 24 saatda bahalaşıb. Məsələn, Ethereum-un qiyməti 4.9% (1.8 min dollara qədər), Binance Coin-in qiyməti isə 3.4% (308 dollara qədər) artıb.