13 C
Baku
Friday, April 19, 2024

Bitkoin 5%-dən çox ucuzlaşıb

Bitkoin ticarət sessiyası zamanı 5%-dən çox ucuzlaşaraq 17,833 min ABŞ dolları səviyyəsinə düşüb.

Bunu “CoinDesk”in Bakı vaxtı ilə saat 09:42-yə olan məlumatlar göstərir.

Bitkoin sistemdə iştirak edən hər bir istifadəçinin əldə edə biləcəyi blokçeyn texnologiyasına əsaslanan eyniadlı kriptovalyutanın mərkəzləşdirilməmiş sistemidir. Bunu etmək üçün sistemin yeni bloklarını yaratmalısınız.

Sistemin konsepsiyası 2008-ci ilin noyabrında onun müəllifi (bəlkə də müəlliflər qrupu) tərəfindən Satosi Nakamoto təxəllüsü ilə yayımlanıb, lakin bitkoin yalnız son illərdə populyarlığının zirvə nöqtəsinə çatıb. Bitkoinlərin emissiyası təbii olaraq məhduddur və hazırda bitkoinlərin çoxu artıq “hasil olunub”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər