24 C
Baku
Çərşənbə, May 18, 2022

Bitkoin artıq $38 minə düşməklə son beş ayın minimumuna enib

Bitkoinin qiyməti artıq özü üçün müəyyən etdiyi 40-41 min dollar koridorundan da aşağı düşüb.

Banker.az xəbər verir ki, Bitkoin real zaman şəraitində (Bakı vax. 09:00) sutka ərzində 7.22%, həftəlik isə 8.98% ucuzlaşmaqla $38 909 səviyyəsinə qədər düşüb. Bu da 2021-ci ilin avqustundan bu tərəfə ən aşağı göstəricidir.

Bitkoinin kapitalizasiyası isə $737.99 mlrd.-a qədər azalmışdır.

Ötən gün kriptovalyuta bazarı üzrə analitik Nizami Qorçubəy Banker.az-a demişdi ki, “bitkoinin $10 minə düşməsi – $100 minə qalxmasından daha realdır”.

Son xəbərlər
Oxşar xəbərlər