12 C
Baku
Thursday, November 14, 2024

Bitkoin bahalaşaraq 6 həftənin maksimumuna çatdı – qiymət $24 000-i ötüb

FED-in yumşaq üzünü görən investorlar yenidən populyar kripto pul bitkoinə işah gətirir. Cümə günü bu kriptovalyutanın qiyməti $24 000 ətrafında dəyişir və bu da 6 həftənin ən yüksək səviyyəsinə çatdı.

Banker.az “CoinDesk”in məlumatlarına istinadən xəbər verir ki, bitkoin bu gün Bakı vaxtı ilə 10:30 radələrində 24 412 dollara çatdı ki, bu da altı həftədən çox müddətdə ən yüksək səviyyədir.

Bitcoin-in rallisi FED-in çərşənbə günü faiz dərəcələrini artırmasından sonra başladı. Çünki, ABŞ FED-i artıq monetar siyasətin sərtləşməsinə dair növbəti aylarda əylaci basmağa ehtiyac olduğunu işarə edib. Bunu investorlar requlyatorun resessiyadan qorduğuna işarə kimi qiymətləndirir, halbu ki, bir ay öncəki şahin çıxışdan fərqlidir.

ABŞ-ın texnoloji indeksi NASDAQ son iki gündə artım göstərməsi son dövrlərdə onunla korrelyasiya təşkil edən kriptovalyutalar üçün də münbit şərait yaradır.

Etherium də daxil olmaqla digər kriptovalyutalar cümə günü kəskin bahalaşıb.

Hər halda bitkoin bu il təxminən 48% ucuzlaşmasını da dilə gətirməliyik. O noyabrda vurulmuş rekord — 68 990.9 dollardan hələ də 60%-dən çox ucuzdur.

Kriptovalyuta bazarı “Celsius” kredit platformasının və “Three Arrows Capital” hedcinq fondunun iflasına səbəb olan bir sıra hadisələrlə bu duruma gəlib çıxdı. Digər tərəfdən qeyri-müəyyənlik davam edir. FED-in bu açıqlaması riskli aktivlər – kriptovalyutalarn başı üzərində qara buludu götürmür. Bir çox analitiklər bunun müvəqqəti emosianal reaksiyası kimi qiymətləndirir.

453434535345

Son xəbərlər
Digər xəbərlər