Bitkoin bir həftəyə $8 000 qiymətinə çatıb

0

Ən məşhur kriptovalyutalardan biri olan bitkoin, 14 may çərşənbə axşamı günü $8 000 qiymətinə çatıb. Xatırladaq ki, 2017-ci ilin dekabr ayında bitkoinin qiyməti $20 000 təşkil edib. Bu məlumatı “CoinMarketCap” və “CoinDesk” birjası təsdiq edir.

Banker.az xəbər verir ki, Birincinin verdiyi məlumata görə, bitkoin 13,12% artaraq $7,9 min, ikincinin verdiyi məlumata görə isə 12,79% artaraq $7,96 min qiymətinə çatıb. Son 24 saat ərzində kriptovalyutanın maksimal qiyməti “CoinMarketCap”-da $8047, “CoinDesk”-də isə $8148 təşkil edib.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Qeyd edək ki, bitkoinin maksimal qiyməti 2017-ci ildə qeydə alınmışdır. Bu dövrdə kriptovalyuta 1300% artaraq $20 min qiymətinə çatmışdır. Lakin bu artımdan sonra bitkoin kəskin şəkildə düşməyə başlayıb. 2018-ci ilin fevralında kriptovalyuta dəyərinin demək olar ki, 50%-dən çoxunu itirmişdir. Ötən ilin noyabrında davam edən azalma nəticəsində isə $4 min qiymətinə çatmışdır.