Bitkoin qiyməti son bir ayın minimumuna qədər ucuzlaşıb və bu enişin daha çox azalacağı artıq ehtimal kimi treyderləri düşündürməkdədir.
Banker.az elektron platforma olan “CoinDesk”in göstəricilərinə istinadən xəbər verir ki, 1 bitkoin (BTC) ABŞ dollarına qarşı son gündə 6.31% və son həftədə isə 13.71% ucuzlaşma ilə $56 119 -a qədər eniş yaşadı.
e-Pulun bazar kapitalizasiyası hazırda $1.06 trln. dollar təşkil edir.
Dünyanın ən populyar kriptovalyutası $69 min dollara qədər bahalaşmaqla tarixi maksimum yeniləsə də, ABŞ və Avropada açıqlanan iqtisadi göstəricilər sonrası oktyabrın 13-dəki qiymətinə qədər ucuzlaşma yaşadı.
Bəzi analitiklərə görə, qiymətin $50 mininin altına düşməsi bu bazar üçün psixoloji narahatlıq yarada bilər.