15 C
Baku
Friday, March 29, 2024

Bitkoin bu il 2-3 dəfə bahalaşacaq, konsaltinq şirkəti proqnoz edir

Qlobal bazarda “Bitcoin”in qiyməti 2018-ci ildə cari səviyyədən 2 və hətta 3 dəfə arta bilər.

“Forexpf.ru” saytına istinadən, bu proqnozla “Fundstrat Golab Advisors” konsaltinq şirkətinin təsisçilərindən biri və rəhbəri Tom Li (Tom Lee) çıxış edib.

Qeyd edək ki, T.Li 2017-ci ilin avqust ayında bitkoinin 10 000 dollar həddini ötəcəyini və gəlirliliyinə görə fond birjalarını üstələyəcəyini demişdi. Bitkoinin qiyməti 20 000 dollar – tarixi rekord həddə yüksələndən sonra 30%-ə yaxın geriləyərək 14 000 dollara kimi geriləməsinə baxmayaraq, ekspert rəqəmsal valyutanın gələcəyinə ümidlə baxdığını açıqlayıb.

CNBC telekanalına müsahibəsində T.Li bildirib: “Bitkoin asanlıqla S&P-ni üstələyəcək. Uzunmüddətli perspektivdə kriptovalyutanı yığım və kapitalın saxlanma aləti kimi görmək lazımdır. Yeni nəsil üçün o, qızılı əvəz edəcək”.

“Əgər bitkoin qızılın bazar payının 5%-ni əldə edə bilsə, onun qiyməti 50 000 dollar olacaq. Bu da cari qiymət səviyyəsindən 3 dəfədən də çox artıqdır. İlin ilk yarısında bitkoin 20 000 dollara çatsa, sonra daha sürətlə bahalaşacaq”, – analitik deyib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər