27 C
Baku
Saturday, July 27, 2024

Bitkoin enerji istehlakına görə Pakistana yaxınlaşdı

Bitkoin maynerləri kriptovalyutanın populyarlığı səbəbindən 2020-ci ildə elektrik enerji istehlakı sahəsində yeni rekord qırıblar.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Belə ki, mayninq üçün nəzərdə tutulmuş kompüterlərin aşağı səmərəliliyinə görə, enerji istehlakı gündə 67 TVt/s olub. Mütəxəssislər 2021-ci ilin sonuna qədər bu rəqəmin 91 TVt/s-dan çox ola biləcəyini proqnoz edirlər ki, bu da Pakistanın enerji istehlakına bərabərdir.

“Bloomberg”in bildirdiyi kimi, bitkoinin dəyəri və populyarlığı artmağa davam edir və getdikcə daha az səmərəli kompüterlər onu istehsal etməyə başlayır.

Sürətlə artan enerji istehlakı səbəbindən kriptovalyuta bazarı iki ciddi problemlə üzləşib – mayninqin effektivliyinin artırılması və aşağı karbonlu enerji mənbələrinə keçid. Ekoloqlar bitkoin mayninqinin karbon qazı tullantılarının miqdarını artırdığını xatırladırlar.

Mayninq – mürəkkəb riyazi alqoritmlərdən istifadə edərək rəqəmsal pul istehsalı prosesidir. Bunun üçün maynerlər çox güclü avadanlıqlardan istifadə edir və nəticədə böyük həcmdə elektrik enerji xərcləyir.

Sentyabrın 7-si bitkoin məzənnəsi Kremlin kriptovalyutanı qanuniləşdirməkdən imtina etməsi xəbəri fonunda kəskin düşüb.

Son xəbərlər
Digər xəbərlər