12 C
Baku
Wednesday, December 11, 2024

Bitkoin haqqında 30 fakt

1. Bitkoini kim yaratdı?

Bitkoin 2009-cu ildə işıq üzü görüb, lakin hələ də heç kim onun arxasında kimin dayandığını dəqiq bilmir: bu, təşəbbüskar tərtibatçılar qrupu, yoxsa o dövrün dahisi olub – məlum deyil. Bildiyimiz yeganə şey Satoşi Nakamoto adıdır.

Qeyd edək ki, bitkoinin yaradılmasında “şübhəli” bilinən digər şəxslər arasında Dorian Nakamoto, Nik Sabo və Krey Stiven də var.

sat 1

2. Mayninq

Hər gün dünyada mayninq yolu ilə təxminən 3600 bitkoin çıxarılır.

3. İlk tranzaksiya

İlk tranzaksiya kriptovalyutanın rəsmi buraxılışından 9 gün sonra, 21 yanvar 2009-cu ildə həyata keçirilib. Satoşi Nakamoto 100 bitkoini o vaxtın kriptoloqu Hala Finninin hesabına köçürüb.

4. Bir milyon bitkoin

İlk bir milyon bitkoinə kriptovalyutanın yaradıcısı Satoşi Nakamoto sahib olub. Rəsmi məlumata görə, bu məbləğ hələ də onun cüzdanındadır, müxtəlif tədqiqatçılar onu tapmağa çalışsalar da, bütün cəhdlər uğursuzluqla nəticələnib.

5. Maksimum saytda sikkə

Rəsmi məlumatlara görə, nə vaxtsa çıxarıla biləcək bitkoinlərin maksimum sayı 21 milyondur. Bir neçə ildən bir kriptovalyuta alqoritmləri mədən prosesini yarıya endirir. Buna görə də, 13 il ərzində cəmi 12 milyon sikkə çıxarılıb.

6. Bitkoinin kodu

Bitkoinin kodu 77 min sətirdən ibarətdir, onlardan 70 mini C++ proqramlaşdırma dilində yazılmışdır. Bu sikkə ilk dəfə yarananda kod cəmi 14 min sətirdən ibarət idi ki, bu, müasir reallıqlarda çox kiçik rəqəmdir.

7. Milyonlara başa gələn bir səhv

Kriptovalyutanın ən uğursuz sahibi Böyük Britaniyada yaşayan Ceyms Houles olub. O, təsadüfən bu qədər topladığı 7500 bitkoinin olduğu pul kisəsinin açarını saxladığı sərt diski atıb. İndiki məzənnə ilə onun sərvəti 5 milyard dollar olaraq qiymətləndirilir.

8. Dünyanın ən bahalı pizzası

Bitkoin ilə fiziki məhsulun ilk alışı 22 may 2010-cu ildə edildi. Laslo Heinitz 10 min bitkoinə 2 pizza alıb ki, bu da o dövrdə təxminən $40-a bərabər olub (bugünkü məzənnə ilə $600 000).

media 1218

9. Əldən qaçmış investisiyalar

Əgər 12 il əvvəl bitkoinə cəmi $1 investisiya etsəydiniz, bu gün $86 milyon sərvətin sahibi olardınız.

10. Bitkoinin təsdiqi

Dünyada populyar olmasına baxmayaraq, bitkoin rəsmi olaraq yalnız 4 ölkədə təsdiqlənib: Salvador, Yaponiya, İspaniya və İsveçrə. Yalnız bu ölkələrdə bitkoindən rəsmi valyuta ilə bərabər ödəniş etmək olar.

11. Ən varlı investorlar

Tayler və Kjmeron Uinklvoss qardaşları bitkoin pul kisəsinin ən varlı sahibləri kimi tanınıblar. Onların hesablarında 1.5 milyondan çox sikkə var ki, bu da $93 milyarddan çoxdur. Lakin onların adları hələ də Forbes siyahısında yoxdur. Bu, sözügedən faktı daha maraqlı edir.

12. Ən varlı 100 ünvan

15% – ən varlı 100 ünvandakı cüzdanlarda məhz bu qədər bitkoin saxlanılır. Bu gün bu, təxminən $176 milyarddır.

13. Bitkoinin ən yüksək məzənnəsi

2021-ci ilin noyabrında bitkoin məzənnəsi $69 045-ə qalxıb ki, bu da onu dünyanın ən bahalı kriptovalyutasına çevirib.

14. Sutkada satışlar

Rəsmi məlumata görə, hər gün dünyada bitkoin sistemində çox sayda tranzaksiyalar həyata keçirilir, onların ümumi dəyəri $100 milyardı keçir.

15. Bitkoin zəncirinin uzunluğu

Bu gün bitkoin blokçeyni zəncirinin uzunluğu 710 min bloku keçib. Bitcoin Core-nin yaradıcısı Lük Deşin sözlərinə görə, onlardan hər birini qırmaq üçün 38 nonilion il tələb olunur.

16. Ödənişləri bitkoinlə götürən ali təhsil müəssisəsi

Ödəniş qismində bitkoin qəbul edən ilk ali təhsil müəssisəsi Kipr Universiteti olub.

ErwsIUVXUAAGju9

17. Bitkoinin qadağan edilməsi

Qanunvericilik səviyyəsində bitkoini qadağan edən ilk ölkə Tailand olub. Lakin bir müddət keçəndən sonra ölkə bir az düşünüb və sikkədən istifadə etməyə icazə verib.

18. Cinayətkar valyuta

Bitkoinin tarixində ilk kommersiya uğuru narkotik və silah da daxil olmaqla, müxtəlif qadağan olunmuş malları aktiv şəkildə satan Silk Road platforması olub. Anonimliyi sayəsində sikkə orada yeganə ödəniş üsulu idi.

19. Gənclərə yol

Bitkoinin buraxılması və uğuru kriptovalyuta cəmiyyətinin aktiv inkişafına kömək edib. Bu gün hər kəs öz kriptovalyutasını yarada bilər. Buna görə də, dünyada 150-dən çox alternativ valyuta və token var.

20. Rusiyada kriptovalyuta

Qanuna görə, Rusiya vətəndaşları bitkoinlərdən öz şəxsi maraqları üçün istifadə etmək hüququna malikdirlər, lakin bu, kriptovalyutanı saxlamaq, göndərmək və investisiya ilə məhdudlaşır.

21. İtirilmiş sikkələr

Bu günə qədər dünyada 4 milyondan çox bitkoin itirib ki, bu da təxminən $270 milyarddır. Onların bir qismi hələ də itirilmiş və ya sıradan çıxmış sərt disklərdə saxlanılır.

22. Bütün bitkoinlərin dəyəri nə qədərdir?

Bitkoinin kapitallaşması (bütün sikkələrin dəyəri) cari məzənnə ilə $1.1 trilyondan çoxdur.

23. Kriptovalyuta və həbs

Bu, “clickbait” deyil. Bir sıra ölkələr var ki, orada kriptovalyutadan və xüsusilə bitkoindən istifadə qanunvericilik səviyyəsində qadağan edilib və həbslə cəzalandırılır. Onlar arasında Banqladeş, Vyetnam, Səudiyyə Ərəbistanı və digərləri var.

Məsələn, Banqladeşdə kriptovalyutalara 2017-ci ildən Mərkəzi Bank tərəfindən qadağa qoyulub. Onun istifadəsi 12 ilə qədər həbs cəzasına səbəb ola bilər.

24. Bütün bitkoinlər nə vaxt mayninq olunacaq?

Emissiya və mayninqin azalması sayəsində sonuncu sikkə təxminən 2140-cı ildə əldə olunacaq. Xatırladaq ki, ümumilikdə dünyada eyni vaxtda 21 milyondan çox bitkoin ola bilməz.

25. İlk yoxlanış

2009-cu ildə bitkoinin ilk testi baş tutub. Satoşi Nakamoto valyutanın sınaqdan keçirilməsində əsas şəxs olan Finninin hesabına 10 BTC köçürüb.

26. Proof of Work

2008-ci ildə (inkişaf dövründə) Satoşi Nakamoto PoW alqoritmindən istifadə üçün baxışı və onun hansı problemləri həll edə biləcəyi haqqında məlumatı özündə əks etdirən bir fayl nəşr edib.

27. Fiziki yaradılış

Casascius adlı ilk bitkoin sikkəsini yaratmaq cəhdləri çox olub. Məna baxımdan, bu, holoqrafik kodlu “soyuq cüzdanlar” idi. Qeyd edək ki, BTC sikkələri üzərində məhz Casascius görürük.

Casascius

28. Tranzaksiyaların həcmi

Rəsmi məlumata görə, bütün sikkələrin yalnız 36%-i hər hansı tranzaksiyadan istifadə olunub. Çox güman ki, onlar sadəcə investorların cüzdanlarında saxlanılır, bəziləri isə sadəcə itirilir.

29. Jurnalist faciəsi

Bitkoinlə informasiya məkanında da gülməsi situasiyalar baş verib. Belə ki, məsələn, Bloomberg nəşrinin jurnalisti məlumatsızlıq və ya səhlənkarlıq ucbatından təsadüfən canlı yayımda QR kod şəklində pul kisəsinin şəxsi açarını göstərib.

3324 1 400x276 1

30. Uğurlu sərmayə

2009-cu ildə kriptovalyuta yenicə populyarlıq qazanarkən Norveçdə yaşayan Kristofer Kox $27 dəyərində sikkə alıb. Sərvətinin $886 minə çatdığını biləndə bu  gənc çox təəccüblənib.

Son xəbərlər
Digər xəbərlər