Dünyanın ən nəhəng kriptovalyutaı bitkoin (bitcoin) öncəki həftədə yaşadığı bahalaşmadan fərqli olaraq bu həftəyə geriləmə ilə başlayıb.
Banker.az CoinDesk-ə istinadla xəbər verir ki, bəzi saatlarda 58 min dollar üzərinə qədər irəliləyən bitkoin Bakı vaxtı ilə 18:20 radələrində 48 min dollardan belə aşağı düşüb. Bu da 9% üzərində qiymət itkisi deməkdir.
Bitkoin ötən həftənin bazar gününə yeni rekordla 59 min dollarlıq tarixi rekordunu yeniləmişdi.
Geniş kütlə düşünür ki, həmin gün voletilliyin bu dərəcədə dalğalanmasına səbəb bazar günü individual ticarətçilərin evdən kriptovalyutalar üzrə alqı-satqı etməsidir. Bu da mümkündür ki, həftənin ilk iş günündə normal iş saatlarında institusional ticarətçilərin Elon Maskın ötən həftənin şənbə günü bitkoinin qiymətinin “yüksək görünür” tvitinə cavabdır.
Bu arada nüfuzlu “JPMorgan Chase & Co.” strateqləri bitkoinin azalmaqda olan likvidliyi barədə xəbərdarlıq ediblər. Strateq Nikolaos Panigirtzoglou ötən həfətnin cümə günü yazmışdı ki, rəqəmsal pulların likvidliyi “S&P 500” indeksi və qızıldan daha aşağıdır. Nikolaos Panigirtzoglou qeydində yazır ki, “kiçik axın istiqaməti belə böyük qiymət effekti yarada bilər”.