15 C
Baku
Saturday, April 20, 2024

Bitkoin Maskın açıqlamasından sonra 45 min dollardan aşağı düşüb

“SpaceX” və “Tesla”nın qurucusu İlon Maskın açıqlamasından sonra bitkoin son üç ayda ilk dəfə 45 min dollardan aşağı düşüb. Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Xatırladaq ki, daha əvvəl milyarder “Tesla”nın bitkoin ilə elektromobil satışını dayandırdığını bildirib.

“CoinDesk” xidmətinin məlumatına görə, Bakı vaxtı ilə saat 8:06-da bitkoin məzənnəsi 42 279 dollar təşkil edib. Sonuncu dəfə belə bir azalma fevral ayında qeydə alınıb.
coindesk BTC chart 2021 05 17

“Həqiqətən”, – deyə İlon Mask “Tesla”nın bitkoin aktivlərini satdığına dair açıqlamalara cavab olaraq yazıb. Qeyd edək ki, daha əvvəl onların dəyəri 1.5 milyard dollar dəyərində qiymətləndirilib.

13 mayda İlon Mask bitkoin mayninqinin ekologiyaya böyük zərər verdiyini yazıb. Bu açıqlamadan sonra kriptovalyutaların dəyəri aşağı düşməyə başlayıb, iş adamının sərvəti isə 20 milyard dollar azalaraq 145.5 milyard dollara enib.

Son xəbərlər
Digər xəbərlər