25 C
Baku
Saturday, July 27, 2024

Bitkoin mayninqi Çinin qadağasından sonra tam bərpa olub

Bitkoin mayninqi Çində kriptovalyutalara qoyulan qadağadan sonra tam bərpa olub. Xatırladaq ki, məhdudiyyətlərin tətbiqindən sonra dünya maynerlərinin yarıdan çoxu fəaliyyətini dayandırıb.

Banker.az xəbər verir ki, mayninqin bərpa olmasını xeşreyt (ing. HashRate) ilə ölçülür. Bu termin bitkoin şəbəkəsindəki bütün maynerlərin hesablama gücünü təsvir etmək üçün istifadə olunur. Çin uzun müddətdir ki, mayninq sənayesinin episentri olub: ekspertlərin hesablamalarına görə, dünyadakı bitkoinlərin 65%-dən 75%-ə qədəri bu ölkənin payına düşür.

Bununla belə, Pekin may ayında ölkədə kriptovalyuta mayninqinə qadağa qoyduqdan sonra bitkoinin xeşreytinin 50%-dən çoxu qlobal şəbəkədən itirb.

Bitkoin mayninqi üzrə mütəxəssis Brendon Arvanaqinin sözlərinə görə, bitkoin bu stresdən yüngül keçib. Mütəxəssislər hesab edirlər ki, bitkoinin sürətli bərpası “inkişaf, infrastruktur və istifadə olunmamış potensialdan istifadə etmək iştahı olan” ABŞ-la əlaqəlidir.

Son xəbərlər
Digər xəbərlər