Kriptovalyuta bazarında ən populyarı və ən bahası olan bitkoin (Bitcoin) ucuzlaşmağa başlayıb, hazırda da qiymətdəki bu eniş davam edir.
Banker.az Coindesk-ə (Bakı vaxtı 11:31) istinadən xəbər verir ki, bitkoin son sutka ərzində 18.10% ucuzlaşaraq $33,532 səviyyəsinə düşüb. Hətta, səhər saatlarında $35,084-ə qədər ucuzlaşmışdı.
Ötən həftənin son iş günü – 8 yanvarda bitkoin bahalaşaraq $42 min dollara qədər bahalaşmışdı. Bu da son 3 gün ərzində 21% ucuzlaşma deməkdir. Bu da bitkoinin qiymətində tarixi bahalaşma idi.
Qeyd edək ki, son göstəricilərə görə bitkoin rəqəmsal pulunun kapitilizasiyası $661.87 milyard manatdır.