11 C
Baku
Wednesday, November 13, 2024

Bitkoin treyderləri bir saatda 500 milyon dollardan çox pul itirdilər

“Binance” birjasında bitkoinin (BTC) məzənnəsi bir saat ərzində yeddi faizdən çox azalaraq 40 383 dollara düşüb.

Korreksiya başlamazdan bir gün əvvəl BTC-nin qiyməti 2022-ci ilin aprelindən bəri ilk dəfə olaraq 45 min dolları keçib.

Kriptovalyutanın qiymətinin kəskin azalması treyderlərin marja mövqelərinin kütləvi şəkildə ləğvinə səbəb olub. Cəmi bir saat ərzində məcburi bağlanan mövqelərin ümumi məbləği 500 milyon dolları keçib. Hərçənd, treyderlərin əksəriyyəti bitkoin və digər kriptovalyutaların davamlı artımını gözləyirdilər.

Son xəbərlər
Digər xəbərlər