Ən geniş yayılan kriptovalyuta olan bitkoin sentyabr ayının əvvəlindən bu yana ən yüksək həddə bahalaşdıqdan sonra yenidən ucuzlaşmağa başlayıb.
“CoinMarket Cap” xəbər verir ki, Bakı vaxtı ilə saat 10.04-də bitkoin 0,65 faiz ucuzlaşaraq 11.412 ABŞ dollarından, o cümlədən ən böyük kriptovalyuta birjası olan “Binance”da 0,86 faiz ucuzlaşaraq 11.409 dollardan satılıb.
Xatırladaq ki, ötəngünkü hərraclarda bitkoin 2 sentyabr tarixindən bu yana ilk dəfə 11.700 ABŞ dollar həddini keçsə də, sonradan bir qədər aşağı düşüb.